Saytımızı qiymətləndirin


 
 

Rusiyadan qaçan vəzifəli şəxs Ukraynanın tərəfinə KEÇDİ
Tarix: 27-04-2022 | Saat: 16:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın ən böyük banklarından olan və hazırda Qərbin sanksiya siyahısında yer alan “Qazprombank”ın baş meneceri İqor Volobuev Moskvanı tərk etdiyini və Ukrayna qüvvələrinə dəstək üçün müharibəyə qatılacağını açıqlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə “The Insider” nəşrinə danışan Ukrayna əsilli Volobuev martın 2-də Rusiyanı tərk edib. 

 

Volobuev qərarını belə izah edib: "Mən Rusiyanın tərəfində olub, doğulduğum yerin bombalanmasına baxa bilməzdim. Ruslar atamı, tanışlarımı, dostlarımı öldürür. Atam bir ay soyuq zirzəmiyə sığınmalı oldu. Uşaqlıqdan tanıdığım insanlar məndən utanırdılar”. 

 

O, əlavə edib ki, Rusiyanı tərk etdiyini heç kim bilməyib. Volobuev, həmçinin "Qazprombank"ın keçmiş meneceri Vladislav Avaev və sabiq enerji nəhəngi "Novatek"in baş meneceri Sergey Protosenyanın ardıcıl qətlləri və intiharları ilə bağlı rəsmi açıqlamaların şübhəli olduğunu söyləyib.

 

"Mən bunların intihar olduğuna inanmıram, Avayevin ölümü ola bilsin ki, çox şeyi bildiyi üçün səhnələşdirilib",-deyə o bildirib.

 

Xatırladaq ki, “Moskva Tayms” qəzetinin yazdığına görə, müharibə zamanı Rusiyanı tərk etdiyi məlum olan digər yüksək vəzifəli şəxslər və məmurlar arasında "Sberbank"ın idarə heyətinin birinci müavini Anatoli Çubays və "Aeroflot"un baş direktorunun müavini Andrey Panov da var.(modern.az)



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər