Saytımızı qiymətləndirin


 
 

“Azərsu”dan Kürdəki vəziyyətlə bağlı açıqlama 
Tarix: 27-04-2022 | Saat: 16:07
Bölmə:Karusel / Region | çapa göndər

Kürün aşağı axınında içməli su ilə bağlı problemlər yaşanır. 

 

Qarabaqinfo.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında deyib.

 

Şöbə rəisi bildirib ki, Neftçala şəhəri və rayonun 14 yaşayış məntəqəsində 2020-2021-ci ildə görülən layihələr hesabına Kür sutəmizləyici qurğuları ilə Şirvan-Muğan qrup su kəmərindən su alınır: 

 

"Hədəfimiz odur ki, qalan 38 yaşayış məntəqəsində su təminatı aparılsın. Layihə təklifimiz var və layihəyə əsasən kəndlərin bir qismini Salyan şəhər su şəbəkəsi ilə qidalandırıb su verəcəyik, bir qismini isə mövcud şəbəkə ilə, digər qismini isə Şirvan- Muğan qrup Biləsuvar su kəməri hesabına, sonuncu qismi isə lokal həll hesabına aparmaq istəyirik."



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər