Saytımızı qiymətləndirin


 
 

Putinin keçmiş dostu onun səhhətindən DANIŞDI
Tarix: 26-04-2022 | Saat: 16:51
Bölmə:Karusel / Region | çapa göndər

Xarici KİV-lər mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinin səhhətindəki problemlər barədə xəbərlər yayır.

Bəziləri onun xərçəng olduğunu iddia edir, digərləri Parkinson xəstəliyindən əziyyət çəkdiyini bildirir.


Qarabaginfo.az xəbər verir ki, Vladimir Putinin keçmiş dostu və milyarder Sergey Puqaçov Rusiya prezidentinin səhhətindəki problemlər barədə danışıb.


O, bununla bağlı bildikləırini ukraynalı jurnalist Alesya Batsmanla müsahibəsində bölüşüb.


Jurnalist Sergey Puqaçovdan Putinin səhhətinin necə olduğunu və onun tezliklə öləcəyinə ümid edib-etmədiyini soruşub. Milyarder cavabında bunu heç kimin bilmədiyini vurğulayıb.


“Onun səhhəti pis deyil. Amma bir şey yadımdadır ki, mən onun yanında olarkən atdan yıxılıb onurğasını zədələmişdi, başqa ciddi heç nə xatırlamıram. Həmin hadisədən sonra Putin iki ay pis yeridi, uzandı, korset geyindi. Onun bu problemi illərlə davam etdi”,- Putinin keçmiş dostu deyib.


Puqaçov əlavə edib ki, Rusiya Federasiyasının rəhbəri hər hansı onkoloji xəstəliklə bağlı sirrini onunla bölüşməyib.

"Hamamda mən onunla buxar vannası qəbul etdim, belə bir şey görmədim".


O, Putini hansı sonun gözləyə biləcəyinə də cavab verib:

"Mən onun hərbi cinayətkar kimi hansısa tribunalda müttəhimlər kürsüsündə görmək istərdim".

İş adamı Sergey Puqaçov əvəllər Rusiya Federasiya Şurasının üzvü olub. 1990-cı illərdə Puqaçov Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin yaxın adamı və 1996-cı ildə onun seçki qərargahının rəhbərlərindən biri idi.

Sergey Puqaçov Vladimir Putinlə 1990-cı illərin əvvəllərində Sankt-Peterburqda tanış olub.


Biznesmenin sözlərinə görə, 1990-cı illərin sonundan təxminən 2010-cu ilə qədər o, Putinlə çox yaxın olub, demək olar ki, hər gün söhbət ediblər. Mətbuatda Puqaçovu “Kreml bankiri”, “Putinin bankiri” adlandırırdılar.
 

İndi Puqaçov Fransada yaşayır və oradan vətəndaşlıq alıb. Rusiyada Puqaçova qarşı “Mejprombank”ın vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi açılıb və barəsində qiyabi həbs cəzası kəsilib.

2015-ci ildə Puqaçov Haaqa Məhkəməsində Rusiyaya qarşı 10 milyard dollarlıq iddia qaldırıb. Milyarder Rusiya hakimiyyətini onun dörd aktivini müsadirə etməkdə ittiham edib. Daha sonra iş adamı iddiaları 15 milyard dollara çatdırıb.

Daha əvvəl xarici KİV-lər bildirmişdilər ki, oktyabrda 70 yaşı tamam olacaq Vladimir Putini hazırda tiroid xərçəngi cərrahı da daxil olmaqla böyük bir həkim briqadası müşayiət edir.(Modern.az)



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər
21-03-2024, 12:42 Sabah yağış yağacaq