Saytımızı qiymətləndirin


 
 

Rayonlararası giriş-çıxış qadağan edildi - Rəsmi - Rəsmi
Tarix: 27-03-2020 | Saat: 16:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Rayonlararası giriş-çıxış qadağan edildi

 

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar bir rayondan digərinə giriş-çıxış məhdudlaşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, insanların ünsiyyətini azaltmaq məqsədilə bu tədbirlərə əl atılıb.

Qeyd olunur ki, artıq bu prosesə ötən gecədən start verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Qeyd edək ki, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

 

 



Xəbəri paylaş

446 dəfə oxunub.

Digər xəbərlər