Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın tibbi maska ehtiyatı AÇIQLANDI
Tarix: 25-04-2022 | Saat: 10:23
Bölmə:Karusel / Sosial | çapa göndər

Nazirlər Kabineti yanında Operativ Qərargahın son Qərarına əsasən, 2022-ci il mayın 1-dən etibarən Azərbaycanda xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunur.

 

Bəs, hazırda Azərbaycanda nə qədər maska ehtiyatı var? Maskaların pandemiyadan əvvəlki qiymətlərə satılması mümkündürmü?

 

Bu barədə Qarabaqinfo.az -a açıqlama verən “Bakı Tekstil Fabriki"nin rəhbəri Səkinə Babayeva bildirib ki, hazırda Azərbaycanın 5 milyon maska  ehtiyatı var.

 

S.Babayevanın sözlərinə görə, maska üçün xammal ehtiyatımız 10 milyondur.

 

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılması ilə tibbi maska qiymətləri 5 qəpikdən 30 qəpiyə, yoluxmanın pik vaxtlarında isə hətta 1 manata qədər yüksəlmişdi. Mayın 1-dən maskaya tələbat olmayacağından, qiymətlərin pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı proqnozlaşdırılır.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər