Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla sərhəddə atışma - Ölən və yaralananlar var+ Yenilənib
Tarix: 24-11-2017 | Saat: 08:38
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Azərbaycanla sərhəddə atışma

 

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub.

“Qarabaginfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. Bu barədə rayonun başçısı Fərid Əhmədov bildirib.

Onun sözlərinə görə, qətlə yetirilənlərdən biri rayon şurasının deputatı Eldar Yaraliyevdir.

Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi insident nəticəsində 3 nəfərin xəsarət aldığını söyləyib.

Səhiyyə Nazirliyindən bildirilib ki, yaralı şəxslərdən ikisinin vəziyyəti orta ağırdır.

Atəş açan şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb. 

Münaqişədə 8 nəfər iştirak edib.

Faktla bağlı araşdırma aparılır.

***

“Tass.ru” xəbər verir ki, silahlı insidentlə bağlı 6 nəfər saxlanılıb. 

“Konfliktdə 15-ə yaxın şəxs iştirak edib. Onlardan ikisi ölüb, ikisi xəstəxanadadır, altısı isə saxlanılıb”,- deyə DİN-dən olan mənbə bildirib.



Xəbəri paylaş

668 dəfə oxunub.

Digər xəbərlər