Tarix: 23-04-2022 | Saat: 04:19
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə reaksiya verməyən və onlara kömək etməyən ölkələrə müraciət ünvanlayıb.
Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı videomüraciətində bunu çox riskli addım adlandırıb.
Onun fikrincə, belə davranış üzündən həmin ölkələr hər şeylərini itirə bilərlər.
Zelenski bildirib ki, Ukraynanın qələbəsinə inanan ölkələr onunla birlikdə mübarizə aparmalı və hərtərəfli dəstək göstərməlidir. Ölkə rəhbəri müharibəyə neytral yanaşan və nəyisə itirməkdən qorxanların sonucda daha çox itirəcəklərini vurğulayıb.
"Həyatın ölüm üzərində qələbəsinə inanan ölkələr bizimlə birlikdə mübarizə aparmalı, bizə kömək etməlidirlər. Çünki bu yola birinci biz çıxmışıq. Bəs bizdən sonra kimdir? Bu gün kimsə nəyisə itirməmək üçün neytral qalmaq istəyirsə, bu, əsl həqiqətdə ən riskli addımdır. Çünki siz hər şeyi itirirsiniz", - deyə Zelenski vurğulayıb.
Digər xəbərlər