Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda kibertəhlükəsizlik təmayüllü məktəblərin yaradılması təklif olunub
Tarix: 22-04-2022 | Saat: 18:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda kibertəhlükəsizlik təmayüllü məktəblərin yaradılması təklif olunub

Azərbaycanda kibertəhlükəsizlik təmayüllü lisey və məktəblərinin yaradılması təklif olunub.

Qarabaginfo.az xəbər verir ki bu təklif "Microsoft Azerbaijan" şirkətinin rəsmi nümayəndəsi Qaçay Mirzəyev tərəfindən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın təqdimat mərasimində səsləndirilib.

Onun sözlərinə görə, belə bir təcrübə İsraildə geniş tətbiq olunur.

"Onlar futbol komandası yetişdirib dünyaya satmırlar, kibertəhlükəsizlik komandaları yetişdirib "mavi komanda", "qırmızı komanda" şəklində dünyaya satırlar. Bunu biz də edə bilərik. Bizdə insanların biliyi, potensialı çox güclüdür",- deyə Qaçay Mirzəyev qeyd edib.

O həmçinin ölkədə kibertəhlükəsizlik üzrə kompetensiya mərkəzlərinin yaradılması ilə bağlı fikir irəli sürüb.

"Çox təəsüf ki, bizdə belə kompetensiya mərkəzləri yaranmağa başlayıb, amma çox azdır. Arzu edirəm ki, belə mərkəzlər maliyyə təşkilatlarının, dövlət qurumlarının nəzdində formalaşsın. Əlbəttə ki, burada çox vacib məsələlərdən biri kibertəhlükəsizlik üçün peşə standartlarının təkmilləşdirilməsi və oların tətbiqidir",- deyə Qaçay Mirzəyev əlavə edib.



Xəbəri paylaş

1195 dəfə oxunub.

Digər xəbərlər
16-07-2022, 17:02 Dastana dönmüş bir Səs!