Saytımızı qiymətləndirin


 
 

Ukrayna dünya ölkələrini "Azovstal"da dinc əhalinin qorunmasına çağırıb
Tarix: 20-04-2022 | Saat: 00:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Dünya liderləri "Azovstal"dan təxliyəyə kömək etməsələr, dinc əhali və uşaqlar məhv olacaq".

Qarabaginfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter hesabında yazıb.

Podolyak dünya liderlərini Mariupolda rus işğalçıları tərəfindən bloklanan Azovstaldan “yaşıl dəhliz”in təşkilinə kömək etməyə çağırıb.

"Rusiya "Azovstal"a güclü bombalar atmağa davam edir. Dünya uşaqların öldürülməsini canlı izləyir və susur", - o, qeyd edib.

Xatırladaq ki, səhər saatlarında Rusiya qoşunları Mariupoldakı “Azovstal” zavodunda Ukraynanın mövqelərinə hücuma başlayıb. Hücumdan əvvəl müəssisənin ərazisi güclü bombardmana və artilleriya atəşinə məruz qalıb.

Qeyd edək ki, yüzlərlə Mariupol sakini, o cümlədən uşaqlar bir neçə həftədir ki, "Azovstal" ərazisindəki sığınacaqlarda gizlənir.



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır