Saytımızı qiymətləndirin


 
 

İcra başçısı karantin xəstəxanasına gəldi –  “Biz Almaniyadan da yaxşı işləyirik” - FOTO
Tarix: 22-03-2020 | Saat: 14:14
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayondakı karantin xəstəxanasına baş çəkib, vəziyyətlə maraqlanıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə karantində olan jurnalist Nigar Mübariz məlumat verib.

 

N.Mübariz deyib ki, icra başçısı karantində olan onu və digər tələbələri dinləyib: “Danışığımız boyu məni videoya çəkirdilər. Sonra yanlarındakı polis də çəkməyə başladı. Həm məni, həm danışan uşaqları. Bildirdim ki, mən onsuz özüm könüllü karantində qalacaqdım, amma gigiyena qaydalarına riayət edilən yerdə. İcra başçısına dedim ki, Prezident koronavirusa görə 1 milyard manat ayırıb. Amma insanlar karantin üçün xəstəxanadakı vəziyyətdən şikayət edirlər. Üstəlik, xəstəxananın baş həkimi Elnur Azadxanovun mənə “nervozsan” dediyini söylədim. İcra başçısı öz nömrəsini verdi və nə problem olsa, onunla əlaqə saxlamağımı söylədi. “Çəkiliş etməyin, qanuna ziddir” deyəndə ona çəkiliş hüququmun olduğunu söylədim. Artıq buraya gələndə barəmdə informasiya toplamışdı. Eyni zamanda məni niyə çəkdiklərini soruşdum. Elnur Azadxanov icra başçısı gedəndən sonra tələbələrlə birgə otaqlara baxdı, problemləri həll edəcəyini, normal yeməklər olacağını söylədi. Dedi ki: “Problem olsa, mənə de. Amma çəkmə. Prezident yeni laborotoriyaların hərəsinə 5 milyon manat ayırır. Biz Almaniyadan da yaxşı işləyirik. Yaxşı olacaq hər şey. Özüm 9 gündür buraya baş həkim təyin olunmuşam”. 

Sonra tələbə “Hamamda tarakan var” deyəndə “Əvvəl yox idi, nə əcəb? Təmizləyərik” dedi. Mən sona qədər çəkiliş hüququmun olduğunu söylədim. Düzəlməsə, yenə çəkəcəm. Hələki təmizlik işləri həyata keçirilir, bizimlə nəzakətli danışırlar. İcra başçısı sonradan bir tələbəyə zəng edib deyib ki, Nigar mənimlə əlaqə saxlasın... Pravda.az

 



Xəbəri paylaş

462 dəfə oxunub.

Digər xəbərlər