Saytımızı qiymətləndirin


 
 

“Kreml Ukraynada Rusiya dövlətinin “doğum şəhadətnaməsi” uğrunda savaşır…”
Tarix: 19-04-2022 | Saat: 16:55
Bölmə:Karusel / Region | çapa göndər

“Kreml Ukraynada Rusiya dövlətinin “doğum şəhadətnaməsi” uğrunda savaşır…”
Son illər aparılmış  islahatlar xalqı Ukraynanın, Ukrayna dövlətinin sahibinə çevirib…” 
“Başda Putin olmaqla Rusiya rəhbərliyi məqsədlərini heç gizlətmir. İmperiyianın məqsədi Ukrayna adını, ukrayın millətini yox etmək, bütün ukraynapərəst, millətini xalqını sevən insanları sıradan çıxarmaqdir. Rusiyanın dövlət başçısı belə bir xəstə təxəyyülə  malikdir. Bu da yəqin ki, hansısa psixoloji kompleksdən irəli gəlir”. 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri moderator.az-a açıqlamasında “Rusiya  hansı məqsədlərlə on minlərlə ukraynalını Rusiya və ya Donbas ərazisinə sürgün edilir?” sualını cavablandıran Ali Radanın hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi və Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri olan hərbi ekspert, polkovnik Elxan Nuriyev söyləyib. 
“Ümumiyyətlə, hesab edirəm ki, Kreml Ukraynadakı savaşı Rusiya dövlətinin “doğum şəhadətnaməsi” uğrunda aparır. İmperiya ideoloqları hesab edir ki, əgər Ukrayna Rusiyaya birləşdirilməsə,  Rusiya süni yaradılmış, tarixi olmayan, Kiyev Rus dövlətinə, rus sözünə aidiyyatı olmayan bir quruma çevriləcək. O mənada Ukrayna Rusiya imperiyasının bel sütunudur.  Ukraynasız Rusiya imperiyası həm tarixi-hüquqi mənada, həm də digər əsaslarla “rus” sözünə, “Rusiya” sözünə aidliyini itirir. Putinin və onun komandasının xəstə təxəyyülü də buna əsaslanır. Və bizdə olan kəşfiyyat məlumatları, əsir Rusiya hərbçilərinin söylədikləri, əldə etdiyimiz radio-danışıqları belə bir nəticəyə gəlməyə əsas verir ki, MoskvadanRusiya ordusuna “Ukrayna” adına nə varsa, hamısının məhv edilməsi haqda göstəriş gəlib. Bu baxımdan işğal edilmiş məntəqələrdən, o cümlədən Mariupoldan Ukrayna sakinlərini Rusiyaya və Donbasın işğal altındakı ərazilərinə onları guya ruslaşdırmaq məqsədilə aparırlar. Putinin görüşüncə denasifikasiya məhz bu deməkdir.  Ancaq ağlı başında olan belə bir iş görməz, çünki dünyada ukraynalıların sayı 62-65 milyon nəfərdir. Xarici ölkələrdəki 20 milyona yaxın ukrayının da həmin dövlətlərə kifayət qədər təsir edə bilən diasporları var. Bütün bunları nəzərə aldıqda Ukrayna xalqının bugünkü əzmini qırmaq mümkün deyil. Bunun da bir çox səbəbləri var. Ukraynalılar, yəni yalnız ukrayınlar yox, milliyyətindən asılı olmayaraq bu ölkənin bütün vətəndaşları  üçün Vətən, dövlət anlayışları çox müqəddəsdir. Həm də ona görə ki, son illər aparılmış  islahatlar xalqı Ukraynanın, Ukrayna dövlətinin sahibinə çevirib. Yəni söhbət ərazi idarəetmənin yerli hakimiyyətlərə verilməsi, yerlərdə insanların, vətəndaşların demokratik seçki keçirə bilməsi, onlara torpaqların  paylanması və s. amillərdən gedir. Bütün bunlar bu gün özünü ukraynalı hesab edən hər bir vətəndaşın əlinə silah götürüb işğalçılara qarşı döyüşməsinə şərait yaradıb. Ona görə də hazırda Ukraynada döyüşə hazır olan insanların sayı bir neçə milyonlarla ölçülür. Bu gün həm ərazi müdafiə birləşmələrində, bizim heç yerini bilmədiyimiz partizan dəstələrində, işğal olunmuş məkanlarda, düşmən arxasında fəaliyyət göstərən qruplarda on minlərlə ukraynalı döyüşür. Rusiya ordusunun Kiyevə girə bilməməsinin əsas səbəblərindən biri də budur. Bu baxımdan da dövləti də, ordusu da korrupsiyalaşmış Rusiyanın  604 min kv.km ərazisi olan, Avropanın 5 faizini tutan Ukraynanı işğal etməsi mümkün deyil”- deyə ekspert bildirib.
 
“Bəlkə sürgün edilən ukraynalıları ruslaşdırmaqla yanaşı, həm də yaxın gələcəkdə Ukraynada yeni agentura qurmaq məqsədi ilə istifadə etmək üçün də sürgün edirlər?” sualını isə həmsöhbətimiz belə cavablandırıb:
“Əlbəttə, hər məqsədlə istifadə edə bilərlər əsirlərdən... Düzdür, insanlar fərqli əqidəyə sahib olur. Bu baxımdan hər şəhərdə bir neçə nəfər ya könüllü, yaxud işgəncələrə-filan tab gətirməyərək düşmənə xidmət etməyə razılıq verə bilər. Amma bu, nəinki kütləvi, heç bir neçə faiz xarakteri də daşıya bilməz. Rusiyanın yetişdirdiyi belə bir agentlər hansısa bir dövr üçün nəyəsə yarıya bilər. Amma bütövlükdə bu yollarla da Ukrayna xalqının sındırılmasına və ölkənin işğalına nail olmaq mümkün deyil”. 
 
“Mariupoldan son günlərədək çıxmayan insanlar, təbii ki, Ukraynanı, öz şəhərini, küçəsini, evini sevən insanlardır. Onlara deyəndə ki, buradan çıxın, deyirlər ki, siz buradasızsa, biz niyə çıxırıq. Kiyevin özündə mənim qonşuluğumda kimsəsiz, yaşlı insanlar yaşayır, amma heç biri çıxmır. Məsələn,  müharibənin ilk günlərində Kiyevi hər gün raketlə vururdular. Qonşuluqdakı bir yaşlı nənəni hər dəfə  görəndə deyirdim ki, bəlkə siz müvəqqəti buradan təhlükəsiz yerlərə uzaqlaşasınız. Cavab verirdi ki, yox, siz buradasız, mən də öz evimdə ölmək istəyirəm... Bu mənada yenə deyirəm, Ukrayna xalqının əzmini sındırmaq mümkün deyil”- deyə polkovnik vurğulayıb.


Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər