Saytımızı qiymətləndirin


 
 

Paşinyanın Rusiyaya səfəri başladı
Tarix: 19-04-2022 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya iki günlük rəsmi səfərə gəlib.


Qarabaginfo.az xəbər verir ki, Ermənistan Baş nazirini Moskva hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi İqor Boqdaşev qarşılayıblar.  


Səfər çərçivəsində Baş nazir Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək. İki ölkə liderləri Ermənistan-Rusiya strateji müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər. 


Aprelin 20-də Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko ilə də görüşəcək.


Eyni zamanda Baş nazirin Nijni Novqoroda səfəri planlaşdırılır.



Xəbəri paylaş

215 dəfə oxunub.

Digər xəbərlər