Bakıda dozadan artıq narkotik maddə qəbul edən şəxs ölüb.
Qarabaginfo.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Vung Tau küçəsində yerləşən evdə baş verib. Orada yaşayan 1994-cü il təvəllüdlü M.Ramazanov narkotik vasitədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Tibbi müdaxiləyə baxmayaraq, 28 yaşlı şəxsin həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”