Saytımızı qiymətləndirin


 
 

Bakı Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb
Tarix: 21-03-2020 | Saat: 15:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Bakı Dövlət Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının virtual iclası keçirilib. 

BDU-dan "Qarabaginfo"ya daxil olan məlumata görə, İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, Universitetdə tədrisin onlayn və oflayn rejimlərdə, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə olunub.  

Elmi Şura Azərbaycan Respublikası Prezidentinin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəklənib, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində vacib və əhəmiyyətli tədbirlər kimi qiymətləndirilib. Bu ümummilli məsələdə dövlətin qətiyyətli addımlarının, həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin Azərbaycan xalqının gələcəyinə, əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi vurğulanmış, hər bir insanı öz sosial məsuliyyətini dərk etməyə, hamını birlik olmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırmışlar.

Elmi Şuranın qərarına əsasən Bakı Dövlət Universitetinin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülüb. 

 



Xəbəri paylaş

451 dəfə oxunub.

Digər xəbərlər