Tarix: 15-04-2022 | Saat: 10:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ermənistan Rusiyadan aldığı qaza görə ödənişləri rubl ilə həyata keçirir”.
Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.
“Bildiyim qədərilə, son bir neçə ödəniş müvafiq məzənnə ilə rublla edilib. Qiymətləndirmə dollarla həyata keçirilsə də, ödəniş rublla edilir”, - deyə Kerobyan söyləyib.
“Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov isə bildirib ki, şirkətin Ermənistana qaz tədarükü ilə bağlı müqaviləsi artıq bir neçə ildir ki, qaza görə ödənişləri rubl ilə etməyə imkan verir və bu imkandan istifadə olunur.
Xatırladaq ki, Rusiya ona qarşı tətbiq edilən sanksiyalara cavab olaraq öz təbii qazının Avropa ölkələrinə rubl ilə satılacağını açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya qazının Qərb ölkələrinə rublla satılması prosesi ilə bağlı işlər davam edir: “Qazprom və əlaqədar birliklər ödəmə üsulları hazırlayır, bundan sonra dəqiq vaxt və qrafik müəyyənləşəcək”.
Bir neçə ölkə Rusiyanın bu təklifinə rədd cavabı verib.
Digər xəbərlər