Tarix: 14-04-2022 | Saat: 21:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasiləyə imkan vermir: "Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqlarına görə regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur.
Bununla əlaqədar olaraq, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev (Minsk Qrupunun Rusiyadan olan həmsədri-red APA) öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası Xarici İşlər Nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması olacaq. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan İqor Xovayevin səylərinə dəstək vermələrini ümid edirik. Biz digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əməkdalığa açığıq", deyə Rusiya XİN rəsmi nümayəndəsi vurğulayıb.
Digər xəbərlər