Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Premyer Liqasında matçlar zamanı futbolçular orucu aça biləcəklər
Tarix: 16-04-2021 | Saat: 11:36
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

 

AFFA - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

“Bizdə iftar zamanı oyunun bir neçə dəqiqə dayandırılması nəzərdə tutulmayıb. Praktikada belə bir şey yoxdur”.

Bunu Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

Qurum rəsmisi Ramazan ayı ilə bağlı Premyer Liqa matçları zamanı futbolçuların orucu açmasında heç bir problem olmayacağını söyləyib. Ancaq o, bunun üçün görüşlərdə ciddi fasilə yaranmayacağını əlavə edib: “Adətən top meydandan çıxanda futbolçular kənara çəkilib su içirlər. Bizdə dəfələrlə belə olub. Ramazan ayı olmadıqda belə, top meydandan çıxdığı zaman futbolçu kənara çəkilib su içir. Buna da maksimum 30 saniyə vaxt lazım olur. Xüsusən də, hava isti olduqda buna tez-tez rast gəlirik”.

Qeyd edək ki, Türkiyənin I liqasında keçirilən “Giresunspor” – “Ankara Keçiörengücü” matçında iftar zamanı futbolçuların orucu açmaları üçün oyun bir neçə dəqiqəlik dayandırılıb.

ApaSport



Xəbəri paylaş

1347 dəfə oxunub.

Digər xəbərlər
26-05-2021, 09:06 Bərdədə bazar yanır