Saytımızı qiymətləndirin


 
 

Paşinyan sərsəmlədi: "Sülhməramlıların hərəkəti üçtərəfli bəyanata ziddir"
Tarix: 13-04-2022 | Saat: 14:21
Bölmə:Karusel / Region | çapa göndər

 Paşinyan sərsəmlədi:

"Rusiya sülhməramlılarının hərəkətləri üçtərəfli bəyanatın bəndlərindən birinə ziddir".

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Xatırladaq ki, aprelin 12-də Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı kontingenti Ermənistan parlamentinin bəzi deputatlarını bölgəyə buraxmayıb.

Bu gün parlamentin iclasında Nikol Paşinyan ilk dəfə olaraq Rusiya sülhməramlılarının Qarabağa buraxmadığı erməni müxalifətinin deputatları ilə insidenti şərh edib:

"Bu, Ermənistan və Qarabağı birləşdirən dəhlizin funksiyası ilə bağlı üçtərəfli bəyanatın bəndinə ziddir. Bundan başqa, Ermənistan parlamentinin deputatlarına heç bir maneə yaradılmamalıdır”.



Xəbəri paylaş

1214 dəfə oxunub.

Digər xəbərlər