Saytımızı qiymətləndirin


 
 

Hulusi Akar ABŞ-dan F-16-ların alınması ilə bağlı son vəziyyəti açıqlayıb
Tarix: 13-04-2022 | Saat: 14:06
Bölmə:Karusel / Region | çapa göndər

50 senatordan F-16 tələbi: Türkiyəyə satılmasın!

“Bizim “F-16 Blok-70”ə ehtiyacımız var. Bununla yanaşı, hazırda istifadəmizdə olan F-16-ları modernizasiya etmək lazımdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Bununla bağlı “Xarici Hərbi Satışlar” (Foreign Military Sales - ABŞ-ın silah ixracı proqramı) çərçivəsində proses başlatmışıq. ABŞ Müdafiə Nazirliyindəki proses ABŞ Dövlət Departamenti ilə davam edir”, - nazir vurğulayıb.

Dövlət Departamentinin Türkiyə ilə bağlı Konqresə ünvanladığı məktubun məzmununa toxunan H.Akar orada bəzi müsbət məqamların olduğunu bildirib: “Bununla yanaşı ehtiyatlı olmaq lazımdır. Bu uzun prosesdir, bunun müsbət sonuclanacağına ümid edirik”.

Xatırladaq ki, aprelin 7-də ABŞ Dövlət Departamenti Konqresə göndərdiyi məktubda Türkiyəyə F-16 satışına müsbət yanaşdığını bildirib. Məktubda həmçinin Türkiyənin Ukraynanın ərazi bütövlüyünə olan dəstəyi, bölgədəki zərərli ünsürlər qarşısında önəmli çəkindirici qüvvə olduğu vurğulanıb.

Qeyd edək ki, ABŞ-ın xarici ölkələrə silah satışını təsdiqləyən Dövlət Departamenti satışa dair rəsmi təsdiqdən əvvəl Konqresin sorğularına və ya satışla bağlı suallarına cavab verərək administrasiyanın yanaşmasını ortaya qoymalıdır.

Departament müvafiq silah satışını təsdiqlədikdə onu rəsmi bildirişlə Konqresə göndərir.

ABŞ Konqresi 30 iş günü ərzində Dövlət Departamentinin qərarına etiraz etməzsə, ölkə rəhbərliyi satış paketinin məzmunu ilə bağlı satışın təsdiqləndiyi ölkə ilə danışıqlara başlayır.

Bu danışıqların sonunda ABŞ həmin ölkəyə təklif məktubu təqdim edir, təklif müsbət cavab alarsa, satınalma həyata keçirilir.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər