Saytımızı qiymətləndirin


 
 

Rusiya qoşunları Finlandiyaya doğru irəliləyir?
Tarix: 12-04-2022 | Saat: 22:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya qoşunları Finlandiyaya doğru irəliləyir?

Rusiya qoşunlarının Finlandiya istiqamətində hərəkətini əks etdirən görüntü yayılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videoda Rusiyanın ağır silahlarının, o cümlədən, raket sistemlərinin Finlandiya ilə sərhədə doğru irəlilədiyi iddia edilir.

Belə ki, iddiaya görə, Rusiyanın iki sahil raket kompleksi Helsinkiyə gedən sərhədin Rusiya tərəfində yol boyu hərəkət edib.

Qeyd edilir ki, video Kremlin Finlandiyanın NATO-ya daxil olmasının nəticələri ilə bağlı hədələrindən bir neçə saat sonra ortaya çıxıb.

Məlumat üçün bildirək ki, Finlandiya illərdir blok olmayan statusunu qoruyub saxlayır, lakin Rusiyanın Ukraynaya açıq hücumundan sonra NATO-ya üzv olmaq niyyətini açıqlayıb.

“The Times”ın məlumatına görə, Alyans Finlandiya və İsveçin NATO-ya üzvlüyünə zəmanət verib. Bildirilib ki, qərar bu yay verilə bilər.

Bundan sonra Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki, Finlandiya NATO-ya daxil olarsa, Rusiya dərhal cavab verəcək: “Finlandiyanın NATO-ya daxil olması onu Rusiyanın cavab tədbirləri üçün hədəfə çevirəcək”.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər