Tarix: 11-04-2022 | Saat: 23:24
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər”.
Qarabaginfo.az-ın RİA "Novosti"yə istinadən xəbərinə görə, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib:
“Rusiyaya qarşı hazırda qüvvədə olan və gələcəkdə tətbiq ediləcək məhdudiyyətlər tarixin ən böyük neft böhranlarından birinə səbəb olacaq. Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək mümkün olmayacaq”.
Onun sözlərinə görə, məhdudiyyətlər gündəlik 7 milyon barrel neft itkisinə səbəb olacaq. M.Barkindo həmçinin deyib ki, hazırda dünya bazarında yaşanan çalxalanma OPEC-in nəzarətində olmayan faktorlara əsaslanır.
Məhəmməd Barkindo eyni zamanda Avropa İttifaqı nümayəndələrini enerji məsələlərinə həssas yanaşmağa çağırıb.
Digər xəbərlər