Ukraynanın Ternopil şəhər şurasının qərarı ilə rus yazıçısı Aleksandr Puşkinin abidəsi sökülüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə aprelin 9-da şəhər meri Sergey Nadal məlumat verib:
“Rusiyanın Ukrayna xalqına qarşı cinayətləri, qadınların və uşaqların öldürülməsi, işgəncəyə məruz qalması, zorlanması, Ukrayna şəhərlərinin dağıdılması rus xalqına bütün mədəniyyətlərin üzərindən xətt çəkdirib. Bu cinayətlərin heç bir izahı yoxdur. Bizə alternativ qoymurlar. Ona görə də rus olan hər şey, o cümlədən rus yazıçısının abidəsi sökülməlidir”.
Bu həftənin əvvəlində Mukaçoda Puşkinin büstü sökülüb, onun adının yazılmış lövhəsi götürülüb.