Saytımızı qiymətləndirin


 
 

Rusiyanın 45 günlük İTKİLƏRİ – Minlərlə hərbçi, 151 təyyarə... 
Tarix: 09-04-2022 | Saat: 10:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya ordusunun Ukraynadakı itkiləri ilə bağlı yeni rəqəmlər açıqlanıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, hərbi əməliyyatlar zamanı indiyədək Rusiyanın 19 min 100-ə yaxın hərbçisi zərərsizləşdirilib.

 

Bundan başqa, Rusiya qoşunlarının 705 ədəd tankı, 1895 ədəd zirehli döyüş maşını, 333 ədəd artilleriya sistemi, 108 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 151 ədəd hərbi təyyarəsi, 136 ədəd helikopteri, 1 363 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 112 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

 

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Hərbi əməliyyatlar 45 gündür davam edir.



Xəbəri paylaş

1237 dəfə oxunub.

Digər xəbərlər