Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 06-04-2022 | Saat: 16:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 823, üç və daha çox doza vaksin vurduranların sayı 8282, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 595 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 513 935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 985, üç və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 231 175 təşkil edir.



Xəbəri paylaş

210 dəfə oxunub.

Digər xəbərlər