Saytımızı qiymətləndirin


 
 

Canni De Byazi çempionluqla bağlı proqnoz verib
Tarix: 05-04-2022 | Saat: 22:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qadın qazancını ərinə verməyə məcburdurmu?

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyası ilə bağlı proqnoz verib.

Qarabaginfo.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis çempionluğun son turda həll olunacağını söyləyib.

O bildirib ki, turnir cədvəlinin ilk "3-lüy"ündə qərarlaşan "Milan", "Napoli" və "İnter"lə yanaşı "Yuventus"un da Skudettonu qazanmaq şansı var: "Milan" "Bolonya" ilə matçda büdrəməklə ən yaxın izləyicisini 3 xal qabaqlamaq şansını əldən verdi. Amma bunun çempionluğun taleyini müəyyənləşdirmək baxımından həlledici olacağını düşünmürəm. "İlk üçlü"k arasında xal fərqi çox azdır. Hətta "Yuventus" da titul uğrunda sonadək vuruşacaq. Hazırda mübarizənin həlledici mərhələsi gedir".

Qeyd edək ki, "Milan" 31 turdan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir. 66 xalı olan "Napoli" 2-ci, 1 oyun az keçirən və 63 xalı olan "İnter" 2-ci pillədə qərarlaşıb. "Yuventus" isə 59 xalla 4-cüdür.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər
4-06-2022, 11:56 Neftin qiyməti artıb