Ramilə Qurbanlının "Müharibə miniatürləri” adlı yeni kitabı çap olunub.
Tarix: 04-09-2018 | Saat: 17:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
643 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-09-2018 | Saat: 17:29
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

"Qarabaginfo" "Modern.az"a istinadən xəbər verir ki, Qarabağ müharibəsindən bəhs edən kitabda ayrı-ayrı, amma bir-biri ilə bağlı real həyat hadiələri təsvir olunub.
"Kitabda müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazmışam. Başqa sözlə, o hadisələri təsvir etdim ki, orda bu həqiqətlər öz əksini tapır. Məhz həqiqətlər!”, – deyə müəllif Modern.az-a bildirib.
Ramiə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994-95-cı illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib.

Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti”ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün”, "Gənclik – P.S”, "Gün Səhər”, "Üç nöqtə”, "Yeni zaman” qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV –də "Mizan” adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.
Xəbəri paylaş
Digər xəbərlər
17-01-2023, 11:13
KİV: Aİ Ermənistanın Azərbaycanla sərhədinə minimum 2 il üçün müşahidə missiyası göndərəcək
10-06-2020, 10:55
Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib
30-04-2020, 12:10
Prezident Biləsuvarın icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM
20-11-2022, 11:21
Türkiyə İraq və Suriyada hərbi əməliyyata başladı
21-03-2020, 11:19
Dünyada koronavirusa yoluxanların sayı 210 min nəfəri ötdü
29-12-2021, 17:11
BDU-da şəhid jurnalistlərlə bağlı filmin təqdimatı olub
28-07-2023, 17:02
Azərbaycanın Slovakiyada səfirliyi təsis ediləcək
16-07-2021, 21:26
Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı daha bir - Açıqlama
13-07-2024, 09:37
Türkiyə Rusiya və Ukrayna ilə taxıl dəhlizi ilə bağlı danışıqlar aparır







" style="width: 670px; height: 340px;">









