Saytımızı qiymətləndirin


 
 

Ukraynada Axtırka Diyarşunaslıq Muzeyindəki Azərbaycan guşəsi köçürüləcək
Tarix: 05-04-2022 | Saat: 18:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov müharibədən ən çox zərər çəkən və artıq qəhraman şəhər elan edilən Axtırkaya səfər edib.

Bu barədə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğundan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində II Dünya müharibəsi zamanı Axtırkanın işğaldan azad edilməsində şücaət göstərmiş Museyib Bağırovun şəxsi əşyalarının və xatirə güzşəsinin olduğu Axtırka Diyarşunaslıq Muzeyinə baxış keçirib. Qeyd edək ki, döyüşlər zamanı muzey ciddi xəsarət alıb və ilkin olaraq onun tamamilə sökülməsi məsələsi müzakirə edilir.

Azərbaycanın fəxri konsulu Əfqan Salmanov şəhər meri Pavel Kuzmenko ilə söhbətində Museyib Bağırovun şəxsi əşyalarının və Azərbaycan güşəsində olan eksponatların qorunması istiqamətində müzakirə həyata keçiriblər və onların müvəqqəti digər müzey ərazisinə keçirilməsinə razılaşıblar.

Azərbaycan hökümətinə göstərdikləri humanitar yardıma görə təşəkkür edən Pavel Kuzmenko Axtırkanın bərpasında ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Xüsusən neft-qaz sahəsində əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.

Səfər çərçivəsində Azərbaycanın fəxri konsulu Axtırka ərazisində yaşayan həmvətənlərimizin vəziyyəti ilə də yaxından maraqlanıb.

Qeyd edək ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini davam etdirir.



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər
2-08-2022, 12:57 Sabah hava necə olacaq?