Saytımızı qiymətləndirin


 
 

Ukraynanın Nikolayev şəhərinə raket zərbələri nəticəsində ölən və yaralananların sayı artıb
Tarix: 05-04-2022 | Saat: 07:52
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynada raketlə vurulan maşında azərbaycanlı həlak olub

Ukraynanın Nikolayev şəhərinin Rusiya qoşunları tərəfindən atəşə tutması nəticəsində uşaq xəstəxanasında olan bir uşaq və bir kişi həlak olub. Ticarət mərkəzinə düşən mərmi nəticəsində daha 9 nəfər ölüb, 61 nəfər yaralanıb.

Qarabaginfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nikolaev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

"Bunun heç bir məntiqi yoxdur, bura şəhərin mərkəzidir, insanlar sadəcə öz işləri ilə məşğul idilər, Rusiya işğalçıları isə “Uraqan”la, “Smerç”lə və ya nə atsalar atırlar. Beyinləri krevetka kimidir. Mən başa düşdüyüm kimi, onlar çaxnaşma yaratmaq, əldən salmaq istəyirlər. Amma mülki vətəndaşları atəşə tuturlar - bu faktdır. Onların hərbi hədəflərdən yayınmalarını anlayıram, amma bunlar uşaq xəstəxanalarıdır, şəhərin mərkəzidir. Nadir eybəcərlər", - o əlavə edib.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər