Saytımızı qiymətləndirin


 
 

Azərbaycan millisinin legioneri: "Rəqibə kiçik sürpriz hazırlamışıq"
Tarix: 04-04-2022 | Saat: 22:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Rəqibi sındırmaq olar, bunun üçün onlara kiçik sürpriz hazırlamışıq".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov səfərdə "Hamburq"a qarşı keçirəcəkləri II Bundesliqanın 26-cı turundan təxirə salınmış oyun barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi bildirib ki, 3 xal qazanmaq üçün əllərindən gələnin edəcəklər: "Bu, bizim II liqada qalmağımız üçün bəlkə də son şansdır. "Hamburq"un zəif yerlərini bilirik. Çox aqressiv oynayırlar. Bundan istifadə etməliyik".

Aprelin 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, "Ertsgebirge" 27 oyundan sonra 19 xalla 18 komanda arasında 18-ci pillədədir. 42 xalı olan "Hamburq" isə 7-ci sırada qərarlaşıb.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər
25-05-2021, 10:18 “Kriti Elmar” tutuldu