Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan millisinin legioneri: "Rəqibə kiçik sürpriz hazırlamışıq"
Azərbaycan millisinin legioneri: "Rəqibə kiçik sürpriz hazırlamışıq"4-04-2022, 22:50. Yazar: Admin |
"Rəqibi sındırmaq olar, bunun üçün onlara kiçik sürpriz hazırlamışıq". Qarabaginfo.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov səfərdə "Hamburq"a qarşı keçirəcəkləri II Bundesliqanın 26-cı turundan təxirə salınmış oyun barədə danışarkən deyib. 32 yaşlı yarımmüdafiəçi bildirib ki, 3 xal qazanmaq üçün əllərindən gələnin edəcəklər: "Bu, bizim II liqada qalmağımız üçün bəlkə də son şansdır. "Hamburq"un zəif yerlərini bilirik. Çox aqressiv oynayırlar. Bundan istifadə etməliyik". Aprelin 5-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Qeyd edək ki, "Ertsgebirge" 27 oyundan sonra 19 xalla 18 komanda arasında 18-ci pillədədir. 42 xalı olan "Hamburq" isə 7-ci sırada qərarlaşıb. Geri dön |