Tarix: 04-04-2022 | Saat: 00:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
Serbiyada dünən keçirilən prezident seçkilərinin birinci turunda hazırkı prezident Aleksandar Vuçiç liderdir.
Qarabaginfo.az xəbər verir ki, bunu seçkilərdə keçirilən “exit-poll”un nəticələri göstərir.
Məlumata görə, görə, o, 59,8 faiz səslə birincidir.
Sorğulara əsasən qeyd edilir ki, Serbiyada keçirilmiş parlament seçkilərində Vuçiçin rəhbərlik etdiyi “Biz birlikdə hər şeyi edə bilərik” koalisiyası liderlik edir.
Dünən Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçirilib.
“Report” xəbər verir ki, eyni zamanda Respublikanın Seçki Komissiyası Belqradda, həmçinin Arandjelovas, Smederevska-Palanka, Luçani, Medveja, Knyajevas, Baina-Başta, Dolevas, Kula, Kladovo, Maydanpek, Seçan və Sevoyno bələdiyyələrində yerli seçkilər keçirilib.
Respublika Seçki Komissiyasının məlumatına görə, Serbiyada və xaricdə ümumilikdə 8 255 seçki məntəqəsi açılıb.
Digər xəbərlər