Saytımızı qiymətləndirin


 
 

"Qəbələ"nin baş məşqçisi oyunun erkən saata salınmasından narazı qalıb
Tarix: 03-04-2022 | Saat: 17:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elmar Bakhshiyev: "We have won a worthy victory"

"Biz kənarda olsaq da, istini hiss edirdik. Ümid edirəm ki, qarşıdakı matçlarda bunu nəzərə alıb, görüşlərin vaxtını futbolçulara uyğun təyin edərlər".

Qarabaginfo.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis görüşün hər iki komanda üçün ağır olduğunu bildirib: "Futbolçular da insandır, onlara da çətindir. Biz kənarda olsaq da, istini hiss edirdik. Mən oyunda kölgə axtarırdım. Yəqin ki, növbəti görüşlərdə bunu nəzərə alacaqlar".

Baxşıyev iki fərqli hissə izlədiklərini söyləyib: "Birinci yarıda rəqib üstünlüyə sahib idi. İkinci hissədə oyunun tempini qaldıra bilərək, qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik. Komandamın durumundan razıyam. İnanıram ki, zədəli və cəzalılar qoşulandan sonra optimal heyətə sahib olacağıq".

Baş məşqçi oyunlara optimal heyətlə çıxmadıqlarını vurğulayıb: "Hansısa futbolçumuz növbəti oyunda bizə kömək edə bilmir. Bu, bizə təsir edir. Digər komandalara təsir edə bilməz, çünki ehtiyat qüvvələri çoxdur. Bizim üçün hər oyunçu dəyərlidir. "Qara zolaq"da olan komanda oyun ərzində 10 epizod yarada bilməz. Sadəcə, epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, daha da artığını edə biləcək gücdəyik".



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər