Tarix: 02-04-2022 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
General-mayor Rəhim Cəfərov Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran zaman bildirib ki, Ordu sıralarına daxil olan gənclərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur, məşğələlərdə peşəkar hərbi qulluqçu kimi yetişir və növbəti xidmət yerlərində uğurlu döyüş növbətçiliyinin təşkilində fəal iştirak edirlər.
Çıxışların ardından gənc əsgərlər müxtəlif hərbi ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər.
Digər xəbərlər