Tarix: 01-04-2022 | Saat: 00:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qarabaginfo.az Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ilə müsahibəni təqdim edir:
- Fəzail müəllim, Ermənistan hakimiyyəti son proseslərin ardınca Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduqlarını bəyan edib. Sizcə, qısa zamanda buna nail olmaq nə dərəcədə realdır?
- Ermənilərə və bu ölkədə olan iqtidarlara heç vaxt inanmaq olmaz. Çünki bu toplumun sözü ilə əməli arasında çox böyük fərq var. Onlar sadəcə olaraq bu cür yanaşmalarla qarşı tərəfdən müəyyən dövr üçün vaxt qazanmağa çalışır. Niyyətləri də öz çirkin məqsədlərini həyata keçirməkdir. Dünyanın elə bir klassiki yoxdur ki, ermənilər haqqında xoş sözlər desin. Ermənilər hər zaman xəstə, ikiüzlü toplum kimi xaraterizə edilib. Biz də onlara məhz bu konteksdən yanaşmalıyıq. Qarşı tərəfin də səsləndirdiyi fikirlərə bu konteksdən qiymət vermək lazımdır. Azərbaycan Prezidentinin iradəsinə əsaslanan siyasət isə özünün məqsəd və vəzifələrini ardıcıl şəkildə, prinsipial olaraq həyata keçirdiyini ortaya qoyur.
- Paşinyanın tələsik belə bir qərar verməsi nə ilə bağlıdır?
- Ermənistan Fərrux dağının Azərbaycan Ordusu tərəfindən nəzarətə alınmasından sonra tamamilə fərqli bir duruma düşüb. Buna qədər onlar həmin ərazidən Azərbaycana qarşı ardıcıl təxribatlar edirdi. Məhz son gərginlik fonunda erməni baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə bir neçə dəfə zəng edib. Paralel olaraq Avropadakı “dostlarına” da müraciətlər ünvanlayıb. Bundan sonra baş verənləri isə hər kəs gördü. Amma bütün bunlara rəğmən Azərbaycan dövləti növbəti dəfə öz iradəsini nümayiş etdirdi. Ortaya atılan bir sıra yalanları ifşa etdi. Bundan sonra Ermənistan Azərbaycanın bu məsələlərdə nə dərəcədə ciddi olduğunu bir daha gördü. Çünki Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
- Avropa İttifaqının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında növbəti görüşün olması gözlənilir. Bu görüşdən gözləntilər nədən ibarətdir?
- Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının prezidentinin təşəbbüsü ilə Brüsseldə növbəti dəfə görüşəcək. Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi və qətiyyətli mövqeyimiz bu görüşdə də özünün müsbət nəticələrini verəcək. Ermənistanın Avropa İttifaqı səviyyəsində Azərbaycanın ortaya qoyduğu konkret təkliflərin reallaşması üçün addımlar atması gözlənilir. Hər halda belə bir gözləntilər var. Amma ümumilikdə bu görüşün də nəticələrinin ölkəmizin milli maraqlarının təminatı baxımından uğurlu olacağına əminlik var.
- Bakıda səfərdə olan ATƏT sədri Prezident İIlham Əliyevin də qəbulunda olub. Onun Azərbaycanda real vəziyyətlə tanış olması proseslərin sonrakı gedişinə necə təsir göstərə bilər?
- ATƏT-in Bakıda və digər yerlərdə Azərbaycan-Ermənistan münasibətlərinin real vəziyyəti ilə bağlı keçirdiyi görüşlərin nəticəsi Avropa İttifaqı qədər təsirli deyil. ATƏT-in Minsk Qrupu və onun həmsədrləri 1992-ci ildən keçən zaman çərçivəsində üzərinə düşən missiyanı icra edə bilmədi. Bu təşkilat özünün dişsiz və beynəlxalq hüquq normalarına riayət etməyən, işğalçı ilə işğala məruz qalanı eyniləşdirən bir qurum kimi tanındı. Qurum həmçinin öz mandatı ilə qarşıya qoyulan vəzifələri belə icra edə bilmədi. Ermənistanın işğal siyasətinə isə Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz son qoydu. Bununla da bölgədə yeni bir reallıq yarandı. Artıq bu reallıqla dünya birliyi hesablaşır.
- Beynəlxalq təşkilatların Azərbaycana qarşı dəyişən yanaşması nədən qaynaqlanır?
- Artıq beynəlxalq təşkilatlar Azərbaycanı ciddi bir partnyor kimi qəbul edir. Dövlətimiz öz suverenliyini, ərazilərini işğaldan azad edən bir ölkə kimi beynəlxalq birlik tərəfindən hörmətlə qarşılanır. Bu mənada Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Qarşılıqlı əməkdaşlıqlarda isə hər zaman ölkəmizin milli maraqları öndə olub. İndiki məqamda ATƏT-in və digər beynəlxalq təşkilatların da prosesə ən böyük köməyi məhz o ola bilər ki, Ermənistanla Azərbaycan arasında qısa zamanda sülhün təminatı üçün təşəbbüskar olsun. Bunun üçün Ermənistana maksimum şəkildə təzyiq edilməlidir. Ermənistan məhz reallıqla barışmağa vadar edilərək, qanunsuz silahlılarını Azərbaycan ərazisindən tez bir zamanda çıxarmaqla bölgədə daimi sülhün təmin olunasına xidmət etmiş olar.
Digər xəbərlər