Tarix: 30-03-2022 | Saat: 22:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Slovakiya Rusiya səfirliyinə əməkdaşlarının sayını 35-ə qədər azaltmaq barəsində göstəriş verib.
Qarabaginfo.az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Slovakiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb
Nazirliyin mətbuat katibi bildirib ki, buna səbəb rusiyalı diplomatların Vyana konvensiyasına zidd fəaliyyət göstərməsidir.
“Bu addım Rusiya səfirliyinin personalının Vyana konvensiyasının, Slovakiyanın maraqlarının və Rusiya ilə tərəfdaşlığa zidd fəaliyyətlərin davam etməsinə görə zəruri hesab edilir”, - deyə Slovakiya XİN-in mətbuat katibi Juraj Tomaqa bəyanatında bildirib.
Slovakiya mediası bu addımla Rusiyanın Sovakiyadakı səfirliyində əməkdaşlarının sayının yarıya qədər azalacağını bildirib.
Qeyd edək ki, Slovakiya martın 14-də də Rusiya səfirliyinin 3 əməkdaşını məxfi xidmətdən aldığı məlumat əsasında ölkədən çıxarıb.
Xatırladaq ki, ötən gün Belçika, Niderland və İrlandiya da daxil olmaqla Avropa İttifaqının bir sıra ölkələri onlarla Rusiya diplomatının ölkədən çıxarılması barəsində qərar qəbul edib.
Digər xəbərlər