Saytımızı qiymətləndirin


 
 

Möhsün Rzayi Asim Münirlə Tehranla Vaşinqton arasında Pakistanın vasitəçilik səylərini müzakirə edib
Tarix: 24-08-2026 | Saat: 22:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Pakistan ordusunun komandanı Asim Münir və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi

© APA | Pakistan ordusunun komandanı Asim Münir və İranın Ali Milli

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Tehranda Pakistan ordusunun komandanı Asim Münirlə görüşüb.

Qarabaginfo.az məlumatına görə, görüşdə İran-ABŞ münasibətləri və Tehranla Vaşinqton arasında vasitəçilik səyləri müzakirə olunub.

Rzayi ABŞ-a qarşı etimadsızlığın qaldığını bildirərək, Vaşinqtonun mövcud anlaşma memorandumunun şərtlərini yerinə yetirmək üçün praktiki addımlar atmalı olduğunu deyib.

O, həmçinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasında İranın rolunu vurğulayıb.

Asim Münir isə İran və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib, iki ölkənin sərhədlərində təhlükəsizliyin təmin olunması istiqamətində Pakistanın səylərindən danışıb.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər