Saytımızı qiymətləndirin


 
 

Bacılar hökmdən narazıdırlar
Tarix: 01-01-2024 | Saat: 14:37
Bölmə:Karusel / Kriminal | çapa göndər

bacilar-hokmden-narazidirlar

Dələduzluqda təqsirli bilinən YAP Gənclər təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barələrindəki hökmdən narazıdırlar.

“Qafqazinfo”nun məlumatına görə, bacılar ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər. Onlar yuxarı instansiya məhkəməsindən bəraət qərarı çıxarılması xahiş edirlər.

Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, A. Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan 1 milyon manata yaxın hesablanıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib. 



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər