Saytımızı qiymətləndirin


 
 

Yevlaxda yük maşınları toqquşaraq aşıb, yaralılar var
Tarix: 25-12-2018 | Saat: 10:07
Bölmə:Karusel / Region | çapa göndər

 

 

Faktla bağlı araşdırma aparılır

 Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qarabaginfo" ”Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun rayonun Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki “KamAZ” markalı yük maşınları toqquşub. Hər iki avtomobil yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində xəsarət alan sürücülər ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

521 dəfə oxunub.

Digər xəbərlər