Saytımızı qiymətləndirin


 
 

Ukrayna müharibəsi dünyada qida çatışmazlığına gətirə bilər
Tarix: 30-03-2022 | Saat: 16:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna müharibəsi dünyada qida çatışmazlığına gətirə bilər

Rusiyanın Ukraynada apardığı müharibə dünyada 13 milyona yaxın adamı qida çatışmazlığı problemi ilə üz-üzə qoya bilər. Novator.az-ın məlumatına görə, ABŞ dövlət katibinin müavini Vendi Şerman BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məruzəsinə istinad edərək belə deyib.

Vendi Şerman bildirib ki, Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarında Qara dəniz vasitəsilə xaricə qida məhsulları daşıyan 94 gəminin qarşısını kəsərək qlobal ərzaq böhranı yaradıb: “Rusiya Qara dənizdə ən azı 3 mülki yük gəmisini bombalayıb. Rusiyanın limanları blokadaya alması Ukraynadan taxıl ixracını çətinləşdirib”.

Dövlət katibinin müavini qeyd edib ki, qida təhlükəsizliyi Ukrayna ixracından xeyli dərəcədə asılı olan Livan, Pakistan, Liviya, Tunis, Yəmən və Mərakeş kimi ölkələr üçün xüsusilə riskli vəziyyət yaranıb.

Xatırladaq ki, bügünlərdə Ukrayna taxıl ixracını ilk dəfə dənizlə deyil, dəmir yolu ilə həyata keçirməli olub.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyat aparır.



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər