Saytımızı qiymətləndirin


 
 

Bıçaqladığı şəxs bir gün sonra öldü, tutuldu
Tarix: 29-03-2022 | Saat: 15:39
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Bıçaqladığı şəxs bir gün sonra öldü, tutuldu

Gəncədə 6 gün öncə 31 yaşlı kişini bıçaqlayaraq ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Porkurorluqdan Qarabaginfo.az-a verilən məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Abbas Əliyev martın 24-də almış olduğu xəsarətdən ölüb.

Müəyyən edilib ki, martın 23-ü saat 23 radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil Quliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirib və aldığı xəsarətdən ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Emil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.



Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər