Saytımızı qiymətləndirin


 
 

Cəbrayılda əməliyyat: 4 nəfər saxlanıldı
Tarix: 29-03-2022 | Saat: 15:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər

İşğaldan azad olunmuş ərazidə narkotik vasitələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri V.Nəzərov, əvvəllər məhkum olunmuş T.Əliyev, Şirvan şəhər sakini İ.Baxşəliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov Karxulu kəndi ərazisində saxlanılıblar.

İ.Baxşəliyev və E.Süleymanovdan 6 kiloqram 840 qram marixuana və 1700 ədəd metadon, V.Nəzərov və T.Əliyevdən isə 2 kiloqram 300 qram heroin, 10 kiloqram 630 qram marixuana, 1,300 qram metamfetamin, həmçinin 1 ədəd TT markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı V.Nəzərovun borclu qismində axtarışda olması da müəyyən olunub.

 



Xəbəri paylaş

262 dəfə oxunub.

Digər xəbərlər