Saytımızı qiymətləndirin


 
 

Rusiya hərbçiləri 138 Türkiyə və 10 Ukrayna vətəndaşını Xersondan təxliyə edib
Tarix: 29-03-2022 | Saat: 07:04
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya hərbçiləri 138 Türkiyə və 10 Ukrayna vətəndaşını Xersondan təxliyə edib

Rusiya hərbçiləri 138 Türkiyə və 10 Ukrayna vətəndaşını Xerson vilayətindən Krıma təxliyə edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi yaydığı açıqlamada bildirib.
“Bütün keçid məntəqələrindən keçdik. Həmin ərazilərdə sakitlik idi. Çox sağ olun. Heç kim bizə toxunmadı, heç kim bizə mane olmadı. Biz Krıma iki saat yarıma çatdıq . Bu, ümumiyyətlə,düzünü desəm sürpriz idi. Buna görə təşəkkür edirəm!” – deyə təxliyə edilmiş Ukrayna vətəndaşı bildirib.
Türkiyə vətəndaşlarından biri də görülən işlərə görə Rusiya hərbçilərinə təşəkkür edib.
Qeyd olunur ki, təxliyə xarici dövlətlərin səfirliklərinin öz vətəndaşlarının Ukrayna ərazisindən təhlükəsiz çıxarılmasının təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərinə, habelə yerli əhalinin Rusiya hərbçilərinə təqdim edilmiş müraciətinə əsasən təşkil edilir.
Bundan əvvəl Rusiya hərbçilərinin Xerson vilayətindən Rusiya, Moldova və Ukraynanın 90 vətəndaşını təxliyə edib.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər