Saytımızı qiymətləndirin


 
 

Rusiyada “xaricdəki həmvətənlər” anlayışının dəyişdirilməsi təklif edilir
Tarix: 28-03-2022 | Saat: 19:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyada “xaricdəki həmvətənlər” anlayışının dəyişdirilməsi təklif edilir

Yalnız rus dilini bilənlərin həmvətənlər sırasına daxil edilməsi təklifi ilə Dövlət Dumasına qanun layihəsi təqdim olunub.

Qarabaginfo.az Rusiya Dövlət Dumasının saytına istinadən xəbər verir ki, təşəbbüs MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin tərəfindən irəli sürülüb.

Qanun layihəsində “vətəndaş” anlayışının yeni variantı təklif edilir. Buna uyğun olaraq, həmvətənlər Rusiya Federasiyasının dövlət dili kimi rus dilində danışan və tarixən Rusiya ərazisində yaşayan xalqlara mənsub olan və birbaşa əcdadları Rusiya Federasiyasının ərazisində doğulmuş və ya yaşamış şəxslər kimi tanınır. 

Eyni zamanda, qanun layihəsinin izahatında qeyd olunduğu kimi, SSRİ-nin dağılmasından sonrakı 30 il ərzində SSRİ vətəndaşlığına malik olmayan yeni həmvətənlər yetişib. 

Sənəddə deyilir: “Bununla əlaqədar olaraq, SSRİ vətəndaşlığı ilə əlaqə “vətəndaş” anlayışının tərifindən çıxarılıb.

“Əgər dövlət xaricdə yaşayarkən ümumrusiya mədəni kimliyini qoruyub saxlayanlara qayğı göstərirsə, rus dilini bilmək şərtini “həmvətən” anlayışına daxil etmək də təbiidir”, - deyə sənədə verilən izahatda qeyd olunur.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər