Tarix: 27-03-2022 | Saat: 15:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya-Ukrayna müharibəsi ərzaq problemi ilə bağlı Yaxın Şərqdə qeyri-stabilliyə yol açır.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Doha Forumunda Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.
BVF icraçı direktoru deyib ki, müharibə və Rusiyaya tətbiq edilən sanksiyaların dünya iqtisadiyyatına təsiri Yaxın Şərq ölkələrində yeni “Ərəb baharları”nı başlada bilər: “Qiymətlər bahalaşanda və öz ailələrini təmin edə bilməyəndə kasıb insanlar küçələrə çıxırlar”.
K. Georgiyeva ərzaq və enerji çatışmazlığına, onların qiymətlərinin artmasına yol verilməməsi üçün dünya ictimaiyyətini səylərini birləşdirməyə çağırıb: “Ukraynada müharibə mümkün qədər tez dayanmalıdır ki, ölkə dünya bazarına taxıl çıxara bilsin. Tanklar nə qədər tez getsə, traktorlar bir o qədər tez gələr. Bizə lazımdır ki, ərzaq qiymətlərində stabilliyi təmin etmək üçün iyulda Ukraynada məhsul olsun”.
Digər xəbərlər