Əfqanıstan Təhsil Nazirliyi altıncı sinifdən yuxarı qızlar üçün məktəblərin açılmasını növbəti xəbərdarlığa qədər təxirə salmaq barədə qərar qəbul edib.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik dərslərin bərpa olunmazdan əvvəl "şəriət, əfqan adət-ənənələri və mədəniyyətinə uyğun hərtərəfli plan"ın hazırlanmalı olduğunu bildirib.
Bundan əvvəl nazirlik Əfqanıstanın bir sıra mərkəzi və şimal əyalətlərində məktəblərin martın 23-də açılacağını açıqlamışdı.