Tarix: 09-02-2020 | Saat: 16:14
Bölmə:Karusel / Siyasət | çapa göndər
29 saylı Səbayıl seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevi seçki məntəqəsinə buraxmayıblar.
Qarabaginfo xəbər verir ki, bu barədə B.Hacıyevin özü bildirib.
Deputatlığa namizəd Mərkəzi Seçki Komissiyasına, ATƏT-in müşahidəçilərinə və mediaya xitab edərək iddia edib ki, 29 saylı Səbayıl seçki dairəsinnin sədrinin əmri ilə onu 6 saylı seçki məntəqəsinə buraxmırlar.
“9 saylı seçki məntəqəsinin qarşısında, bayırda Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri hazır bülletenləri tanıdıqları seçicilərə verirler ki, həmin bülletenləri də qutuya atsınlar. Bu təklif etdikləri seçicilər arasında mənim seçicimiz də olub. Təəssüf ki, köhnə qaydalar işə salınıb, pozuntular səhərdən başlayıb”,-deyə Bəxtiyar Hacıyev bildirib.
Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Pravda.az
Digər xəbərlər