Saytımızı qiymətləndirin


 
 

Yağ məhsullarının Azərbaycandan çıxarılması müvəqqəti tənzimlənəcək
Tarix: 18-03-2022 | Saat: 20:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yağ məhsullarının Azərbaycandan çıxarılması müvəqqəti tənzimlənəcək

Bu il dekabrın 31-dək yağ məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.
Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında
istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb.
Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:
- Kərə yağı və süddən
hazırlanmış digər piylər və yağlar; südlü pastalar;
- Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş zeytun yağı və onun fraksiyaları:
- Saflaşdırılmamış və ya saflaşdırılmış, lakin kimyəvi tərkibi dəyişdirilməmiş, yalnız zeytundan hasil olunmuş digər yağlar və onların fraksiyaları, bu yağların və ya fraksiyaların 1509 mal mövqeyindəki yağları ilə və ya fraksiyaları ilə qarışıqları da daxil olmaqla;
- Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, xam yağ;
- Günəbaxan və ya saflor yağı və onların fraksiyaları, digərləri;
- Qarğıdalı yağı və onun fraksiyaları, xam yağ;
- Qarğıdalı yağı və onun fraksiyaları, digərləri;
- Bitki piyləri və yağları və onların fraksiyaları;
- Marqarin; 1516 mal mövqeyindəki qida üçün yararlı olan piylərdən və ya yağlardan, yaxud onların fraksiyalarından başqa, bu qrupdakı heyvan və ya bitki piylərinin və ya yağlarının, yaxud müxtəlif piylərin və ya yağların fraksiyalarının qida üçün yararlı olan qarışıqları
və ya hazır məhsulları;
- Bərk halda şəkər qamışı və ya şəkər çuğunduru şəkəri və kimyəvi təmiz saxaroza.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər