Saytımızı qiymətləndirin


 
 

Haaqa Məhkəməsi martın 16-da Ukraynanın Rusiyaya qarşı iş üzrə qərar verəcək
Tarix: 14-03-2022 | Saat: 23:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Haaqa Məhkəməsi Ermənistanla bağlı QƏRAR VERƏCƏK – BU TARİXDƏ - Günün Səsi

Beynəlxalq Haaqa Məhkəməsi martın 16-da Rusiyanın hərbi əməliyyatı ilə bağlı Ukraynanın bu ölkəyə qarşı iddiası ilə bağlı qərar verəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məhkəmənin açıqlamasında deyilir.

“Çərşənbə günü, 16 mart 2022-ci ildə BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Ukraynanın Soyqırımın Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasına uyğun olaraq soyqırım iddiaları ilə bağlı iş üzrə müvəqqəti tədbirlər görülməsi tələbi ilə bağlı qərarını verəcək”, - məhkəmənin bəyanatında deyilir.

Qeyd edək ki, martın 7-də Haaqa Beynəlxalq Məhkəməsi Ukraynanın Rusiya hərbi əməliyyatını dayandırmaq üçün müvəqqəti tədbirlərin görülməsini tələb edən iddiası üzrə dinləmələrə başlayıb. Haaqadakı iclasın açılışında Rusiya nümayəndə heyəti iştirak etməyib, canlı yayım zamanı bu ölkənin nümayəndələri üçün nəzərdə tutulan boş yerlər göstərilib.



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər