Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “NATO ölkələrinin vermədiyi dəstəyi biz Ukraynaya verdik”
Tarix: 14-03-2022 | Saat: 20:48
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

"Biz Rusiyaya rəğmən NATO ölkələrinin etmədiklərini Ukrayna üçün biz etdik, o dəstəyimizi göstərdik. Humaitar məsələlərdə də eyni şəkildə 50-ə yaxın humanitar dəstəklə dolu TIR-ı Ukraynaya göndərmişik”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan Rusiyaya qarşı sansksiyaların BMT-nin tələb etdiyi bütün addımlara uyğun atıldığını bildirib.

O, həmçinin, Türkiyənin Rusiyadan silahlar almaq mövzusunu da şərh edib:

“İndiki şərtlər içərisində bunu danışmaq tezdir, amma şərtlərin nələri gətirib, nələri götürəcəyini bilməliyik”.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə ilə Almanya NATO-nun iki önəmli ölkəsidir və tərəflər bu mövuzda yarana biləcək fürsətləri müzakirə edib.(Apa)



Xəbəri paylaş

1213 dəfə oxunub.

Digər xəbərlər