Saytımızı qiymətləndirin


 
 

37 gəncə yüksək vəzifə verildi
Tarix: 31-01-2020 | Saat: 11:42
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

37 gəncə yüksək vəzifə verildi

 

“Azərenerji” ASC dövlət başçısının enerjisistemin perspektivləri ilə bağlı qarşıya qoyduğu hədəflərə çatmaq, gənc kadrları önə çəkmək, peşəkarlara şərait yaratmaq məqsədi ilə kadr məsələsində xüsusi tədbirlər həyata keçirir.                                       Qarabaginfo-ya daxil olan məlumata görə, fasiləsiz təhsil, davamlı insan resurslarının inkişafını təmin etmək məqsədilə qəbul edilən xüsusi konsepsiyaya uyğun olaraq Səhmdar Cəmiyyətin rəhbər vəzifəli şəxsləri tərəfindən bir il əvvəl 125 nəfər gənc və təcrübəli energetiklər himayəyə götürülüb. Həmin 125 gəncin yetişdirilməsi, bilik və bacarıqlarının artırılması, qocaman energetiklərin yerinə əvəzedici kadr kimi formalaşdırılması üçün 1 il müddətində praktik işlər görülüb. Nəticədə bu günə kimi himayəyə götürülən şəxslər imtahan edilərək, 89 nəfər rəhbər vəzifələr üçün tam hazırlanıb kadr ehtiyatı bankına daxil edilib. İmtahan nəticələri əla olan 37 nəfər gənc yüksək vəzifələrə irəli çəkilib.

Bundan başqa, “Azərenerji” ASC-nin Regional Elektrik Şəbəkələrində və Elektrik Stansiyalarında çalışan işçi heyətinin təkmilləşməsi, bilik səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni yaradılan Tədris Mərkəzi tərəfindən müəssisələrdə 74 kurs təşkil olunub və kurslara ümumilikdə 400 nəfərə yaxın işçi cəlb edilib.

 

 



Xəbəri paylaş

397 dəfə oxunub.

Digər xəbərlər